BURADA REKLAMINIZ OLA
BİLƏR

“Onları bu şəkildə tirajlamaq, alçaltmaq heç bir əndazəyə sığmayan addımdır” - Aslan İsmayılov

 

“İki gəncin kitab oğurlamaqlarının təfərrüatını bilmirəm. Hər bir normal insan kimi oğurluğun əleyhinə olsam da, bu oğurluğa çox sevindim”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

A.İsmayılov bildirib ki, bu cavan insanlar hərəkətləri ilə bir daha insanların yadına kitab oxumağın da lazım olduğunu saldılar: “Onların şəkillərinin çəkilib o formada tirajlanmasının arxasında nəyin durduğunu dəqiq bilmirəm. Əgər bunu ancaq kitab oğurladıqlarına görə ediblərsə (ağlım bunu dərk etmir), bu addımı atanları cahil sayıram. Bu oğurluğa görə məsuliyyətə alınmaqlarını demirəm, onları bu şəkildə tirajlamaq, alçaltmaq heç bir əndazəyə sığmayan addımdır. Ölkədə talançılığın tüğyan etdiyi bir dövrdə, milyardları mənimsəyənlərin at oynatdığı bir məqamda belə addımı ancaq həyasızlıq adlandırmaq olar”.

Tarix: 7 İyun 2021, 22:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin