BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı məktəbində qızları oğurlayan qadının peyda olduğu iddia edilir – BŞBPİ araşdırır

Bakı məktəbində uşaqları oğurlayan qadının peyda olması barədə iddialar var.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı iki valideynin whatsapp sosial şəbəkəsində səsi yayılıb.

 

İddia olunur ki, paytaxtın Nizami rayonunda İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində, təxminən, 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları dilə tutaraq oğurlamaq istəyib. Bu zaman orada olan digər valideynlər qadına mane olublar.

 

Bildirilib ki, qadından başqa, məktəbin qarşısında avtomobildə bir neçə kişi də olub. Həmin şəxslərin qadınla əlbir olduqları iddia edilir.

 

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru, Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar nəzarətə götürülüb: “Valideyinlər tərəfidən polis orqanlarına hər hansı şikayət xarakterli müraciət daxil olmayıb. Tərəfimizdən müvafiq araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əlavə məlumat veriləcək”.

Tarix: 24 Yanvar 2020, 10:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin