BURADA REKLAMINIZ OLA
BİLƏR

Xatirə İslam Tural Abbaslının tənqidi fikrini paylaşdı

Müğənni Xatirə İslam Ağ Partiyasının rəhbəri Tural Abbaslının pandemiyada toy mərasimlərinə qadağa qoyulması haqqında tənqidi fikrini şəxsi İnstaqram səhifəsində paylaşıb.

 

Pravda.az xəbər verir ki, ifaçı onun paylaşımına "Allah sizi qorusun!" şərhini yazıb.

 

Bu isə sosial şəbəkədə müzakirələrə səbəb olub. Şəbəkə izləyicilərindən biri Xatirə İslamın paylaşımına "Tural Abbaslının çox videoları var. İndiyəqədər heç birini paylaşmamısınız. Amma toy mərasimləri haqqında videosunu dərhal paylaşdınız. Bunun adı səmimiyyətsizlik və mənfəətdir".

 

Xatirə İslam isə izləyicisinə cavabı gecikməyib: "Mən yalnız özümə və sahəmə uyğun videolar paylaşmalıyam. Çünki bura siyasətçi səhifəsi deyil. Get bir az düşünməyi öyrən".

 

Tarix: 8 İyun 2021, 00:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin