BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan polis xidmətlərinin etibarlılığına görə 30-cü yerdədir

Davos Ümumdünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatına əsasən, 141 ölkə arasında Azərbaycan son 3 ildə “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə 45 pillə irəliləyərək 30-cu yeri tutub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) məlumat verilib.

 

Hesabata əsasən, Azərbaycan “Təhlükəsizlik” indikatoru üzrə 18 pillə irəliləyərək 22-ci, eləcə də “Mütəşəkkil cinayətkarlıqla mübarizənin səviyyəsi” indikatoru üzrə 25 pillə irəliləyərək 18-ci mövqedə qərarlaşıb.

Tarix: 24 Yanvar 2020, 11:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin