BURADA REKLAMINIZ OLA
BİLƏR

Makron sillələndi - VİDEO

 

Fransa prezidenti Emmanuel Makronun Drom rayonuna səfəri zamanı insident baş verib.

 

Pravda.az xəbər verir ki, dövlət başçısı meydanda onu gözləyən insanlara yaxınlaşıb və onlarla salamlaşmağa başlayıb.

 

Bu zaman bir kişi E.Makronun üzünə sillə vurub. Prezidentin mühafizəçiləri dərhal hadisəyə müdaxilə ediblər.

 

Mühafizəçilər E.Makronu hadisə yerindən uzaqlaşdırıblar. O, yenidən olay yerinə qaytımaq istəyib. Amma dövlət başçısının təhlükəsizlik xidməti buna icazə verməyib.

 

Hadisəyə görə iki nəfər saxlanılıb.

 

 

 

Tarix: 8 İyun 2021, 17:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin