BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bir otaqda, 10 nəfər, yerə döşək atıb yatırlar" - Afət

Müğənni Afət Fərmanqızı ARB televiziyadında açıqlamaları ilə diqqət çəkib.

 

Pravda.az xəbər verir ki, o, həmkarı Şəbnəm Tovuzluya söz atıb: "Çox populyar müğənnilərdən avtomobili, evi kerditdə olanlar var. Kreditim yoxdur, hər zaman ayağımı yorğanıma görə uzadıram.

 

Məsələn, Şəbnəm Tovuzlu ilk öncə konsertlərə yatırım edir. Özü dedi ki, avtomobiliminin krediti var. Axı, sən niyə kreditdə olmalısan? Toy mərasimlərinə kifayət qədər baha pula gedirsən. Sənin indi Bakının mərkəzində altı evin olmalı idi. Onları kirayə verib, indi də oturub pullarını yeyərdin".

 

Müğənni Moskvaya toy mərasimlərinə gedən müğənnilərdən də danışıb: "Bir çox müğənnilər gedib Moskvada oturublar. Camaat da bilir ki, onlar oradadırlar, toya ucuz qiymətə gedəcəklər. Neyləsinlər?

 

Məni toy mərasiminə dəvət etdilər, baha qiymət dedim. Bilirsiniz ki, onlar orada nə vəziyyətdə yaşayırlar?! Mən bilirəm ki, Rusiyada zülm çəkirlər. Qadınlar üçün lap çətindir. Elələri var ki, bir otaqda, 10 nəfər, yerə döşək atıb yatırlar. Allah onlara səbr versin".

Tarix: 8 İyun 2021, 20:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin