BURADA REKLAMINIZ OLA
BİLƏR

Cəlilabaddakı hadisənin təfərrüatı: Şəkil çəkdirmək faciə ilə nəticələndi

Cəlilabad rayonunda üç nəfərin ölümü ilə nəticələnən faciəvi hadisənin bəzi təfərrüatları məlum olub.

 

Pravda.az-ın məlumatına görə, hadisə rayonun Gülməmmədli kəndində qeydə alınıb.

 

Belə ki, rayonun İnili kənd sakinləri, 2015-ci il təvəllüdlü Həmzə Yaqubov və onun atası Nizami Yaqubov, həmçinin qardaşlar - 2004-cü il təvəllüdlü Həsən Rizvan oğlu Yaqubov və 2005-ci il təvəllüdlü Hüseyn Rizvan oğlu Yaqubov ehtiyatsızlıqdan İncəçay su anbarına düşüblər.

 

Su anbarına düşənlərdən yalnız Nizami Yaqubovun həyatını xilas etmək mümkün olub.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hər üç şəxsin meyitini taparaq aidiyyəti üzrə təhvil verib.

 

Məlumata görə, hadisə su anbarının yanında şəkil çəkdirmək istəyən zaman baş verib. Faktla bağlı araşdırma aparılır.

Tarix: 8 İyun 2021, 22:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin