BURADA REKLAMINIZ OLA
BİLƏR

"Briqada generalı" qarşıdurmalar zamanı öldürüldü

“Ənsar Allah” (Husilər) hərəkatının səhra komandiri Əbu Haşim Şərafəddin Yəmənin Əl-Ceuf əyalətindəki qarşıdurmalar zamanı öldürülüb.

 

Pravda.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

 

Məlumata görə, qarşıdurmalar Yəmənin şimal-şərqindəki Əl-Cuff əyalətində baş verib. Yəmən ordusundan olan mənbələr telekanala öldürülənin “briqada generalı” rütbəsində olduğunu və Əl-Caufdakı “Xəncər cəbhəsi”nə komandanlıq etdiyini bildirib.

 

Döyüşlərdə onlarla “Ənsar Allah” üzvünün öldürüldüyü də qeyd olunur. Əl-Caufdakı gərgin döyüşlər son bir neçə gün davam edib.

Tarix: 9 İyun 2021, 08:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin