BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda daha bir nüfuzlu yarışa hazırlıq gedir - Proses nə yerdədir? - VİDEO

Bakı daha bir nüfuzlu yarışa hazırlaşır.

 

Avropa çempionatı ilə bağlı işlər yekunlaşmaq üzrədir.

 

Oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionunun mətbuat katibi Fərid Əsədzadə "Xəzər Xəbər"ə bildirib ki, koronavirus səbəbindən bəzi məhdudiyyətlər tətbiq olunacaq. Onun sözlərinə görə, stadiona 32 min azarkeş buraxılacaq. Tamaşaçılar stadiona daxil olarkən onların hərarəti yoxlanılacaq. Hərarəti yüksək olanlar müvafiq məntəqələrə yönləndiriləcək.

 

Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının mətbuat katibi Firuz Abdulla qeyd edib ki, azarkeşlərin stadiona rahat gəlmələri üçün lazımi tədbirlər görülüb. Fanatlar üçün X1 və X2 nömrəli avtobuslar ayrılıb. Qurum rəsmisi onu da vurğulayıb ki, buraxılış vərəqəsi olmayan şəxsi avtomobillərin stadionun ərazisinə daxil olmasına icazə verilməyəcək.

 

Xaricdən gələn azarkeşlər arasında koronavirusa yoluxma halları yaşansa, onlar Bakıda karantinə alınacaq. Həmin şəxslərin atletlər kəndinə yerləşdirilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, təqvimə əsasən, AVRO-2020-də Bakı Olimpiya Stadionunda A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmaları, eləcə də 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək. Görüşlər müvafiq olaraq iyunun 12-si, 16-sı, 20-si və iyulun 3-ü tarixlərində baş tutacaq.

 

AFFA-dan "Xəzər Xəbər"ə verilən məlumata görə, oyunlara ümumilikdə 44 min bilet satılıb.

 

Tarix: 9 İyun 2021, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin