BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur fotoqraf Kəlbəcərdə minaya düşməkdən son anda xilas olub - VİDEO

Məşhur fotojurnalist Reza Deqati işğaldan azad edilən Kəlbəcər rayonunda səfərdə olan zaman mina təhlükəsi ilə üzləşib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə rayonun Susuzluq kəndinə gedən yolda baş verib.

 

R.Deqati ikisi jurnalist olmaqla Azərbaycanın üç mülki vətəndaşının minaya düşərək şəhid olduğu əraziyə gedib. Onu hərbçilər, o cümlədən minaaxtaranlar müşayiət edib. Yollar dağılmış-uçulmuş vəziyyətdə və təhlükəli olduğuna görə heyət hadisə yerinə piyada hərəkət etməli olub. Bu zaman yolda - R.Deqatinin tam yaxınlığında mina aşkarlanıb. Minaaxtaranların təlimatı ilə fotojurnalist hərəkəti dayandırıb. Ərazidə təhlükəsizlik tədbirləri görülüb.

 

Mina jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun minaya düşərək şəhid olduqları ərazinin tam yaxınlığında aşkarlanıb.

Tarix: 9 İyun 2021, 10:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin