BURADA REKLAMINIZ OLA
BİLƏR

Briliant Dadaşova Makronun sillələnməsindən danışdı: "Məgər yetimin Allahı yoxdur?"

Xalq artisti Brilliant Dadaşova Fransa prezidenti Emanuel Makronun şillələndiyi kadrlara münasibət bildirib.

 

Pravda.az xəbər verir ki, sosial şəbəkə hesabında sözügedən kadrları paylaşan sənətçi ona cavab verib:

 

"Məgər yetimin Allahı yoxdur? Sən Azərbaycanda yetim qalmış körpələri nəzərə alma... Allahın şilləsi daim cavabını verəcək. Allah böyükdür".

 

Qeyd edək ki, Fransanın dövlət başçısı Drom departamentinə səfər edib və bu zaman naməlum bir adam prezident Emmanuel Makronun yanağına şillə vurub. Sosial şəbəkələrdə yayılan videoda ölkə rəhbərinin küçədə onu gözləyən insanlara yaxınlaşdığı və kişilərdən birinin onu bir əli ilə əlindən tutduğu, digər əli ilə üzünə şillə vurduğu öz əksini tapır.

Tarix: 9 İyun 2021, 13:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin