BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan: “Matçı Azərbaycanda izləyəcəyəm”

AVRO-2020-nin Türkiyə-Uels matçını Azərbaycanda izləyəcəyəm.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı bildirib.

 

O qeyd edib ki, Türkiyə-Uels matçını Azərbaycan Prezidenti İlham Əliyevlə birgə izləyəcək.

 

“Proqramımızı belə tərtib etdik”, - deyə Türkiyə dövlət başçısı qeyd edib.

 

Xatırladaq ki, futbol üzrə Türkiyə və Uels yığmalarının matçı iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Tarix: 9 İyun 2021, 13:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin