BURADA REKLAMINIZ OLA
BİLƏR

Müşfiq Ələsgərli: “Bəs hanı o 25 təşkilat?” - VİDEO

44 günlük Vətən müharibəsi zamanı və Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərin işi kontekstində beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatlarının fəaliyyəti gözə dəymədi.

Pravda.az xəbər verir ki, bunu Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib.

O vurğulayıb ki, həmin 25 təşkilat "beynəlxalq əməkdaşlıq imkanlarından" istifadə edib bu günlərdə Azərbaycanın haqq səsini dünyaya çatdıra bilmədi: “Onların fəaliyyətini II Qarabağ savaşı və və Kəlbəcərdə həlak olan jurnalistlərin işi kontekstində araşdırın, görün hansı töhvələri veriblər, hansı beynəlxalq təşkilatı bu işə cəlb edə biliblər? Təəssüf ki, 3-4 nəfərdən başqa kimsə ortada görünmür. Əgər ortalıqda yoxdurlarsa, onda adları hansı məqsədlə Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüş siyahısına daxil edilib?”

Müzakirənin davamını daha ətraflı video materialdan izləyə bilərsiniz:

 

Tarix: 9 İyun 2021, 16:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin