BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Hamilə arvadının başını kəsib, qanı ilə divarı yazan Vüsaldan dəhşətli etiraflar - VİDEO

Türkiyədə qeyri-rəsmi şəkildə yaşadığı gənc arvadını öldürən azərbaycanlı kişinin məhkəmədə verdiyi ifadə eşidənləri heyrətə gətirib.

Pravda.az xəbər verir ki, 18 yaşındakı iki aylıq nikahda olduğu həyat yoldaşı Sevilay Kayanın boğazını kəsib başını bədənindən ayıran azərbaycanlı Vüsal Orucovun məhkəməsi keçirilib.

Vüsal Orucov məhkəmədə törətdiyi cinayəti soyuqqanlı şəkildə danışıb. O bildirib ki, yoldaşını xəyanət etdiyi üçün öldürüb.

“Arvadım məndən 2 aylıq hamilə idi. Bir gün mənə dedi ki, səninlə olan münasibətim bitdi. Mənə pul ver, abort etdirim.

Bundan sonra səninlə birgə yaşamaq istəmirəm. Dedim, “Sən məndən ayrıla bilməzsən. Sənə də verməyə pulum yoxdur”, – deyib cibimdən bıçağı çıxartdım. Ona bir neçə zərbə vurdum.

Daha sonra boğazını kəsdim. Sevilay yerə yıxılıb xırıldamağa başladı. Əyilib onun saçından tutdum və ikinci dəfə boğazına bıçaq çəkdim.

Daha sonra barmağımı qanına batırıb divara “xəyanətin cəzası ölümdür” yazdım”, – deyə Vüsal Orucov bildirib.

Qətlə yetirilən Sevilay Kayanın anası Nardane İ. məhkəmədə Vüsalı Azərbaycanda tanıdığını bildirib.

“Azərbaycandan gələndən sonra qızımla Vüsal kafedə birlikdə işləyirdi. Onlar sonradan imam nikahı ilə evləndilər və qeyri-rəsmi şəkildə yaşamağa başladılar.

Qızım ondan hamilə qaldı. Cinayət baş verərkən o, hamilə idi. Qızımla Vüsal tez-tez dalaşırdılar. Bir gün Vüsal məni təhqir etdi və “qızın fahişədir, kişilər olan kafedə çalışır” dedi”, – deyə qadın ifadəsində bildirib. Məhkəmənin hökmü ilə Vüsal Orucov təqsirli bilinib və həbsxanaya göndərilib.

 


baku.ws

Tarix: 9 İyun 2021, 19:43   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin