BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Rektorun biznes imperiyası: Super marketlər, avtosalonlar, villalar…

Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədovun biznes şəbəkəsi ilə bağlı iddialar ortaya çıxıb.

 

Məlumatda H. Məmmədov rektor olduğu 16 il müddətində sözün həqiqi mənasında oliqarxa çevrildiyi iddia olunub.

 

Beləki, rektorun biznes şəbəkəsininin bir qismi ilə bağlı olan iddiada deyilir:

 

“Binəqədi rayonu, Xocahəsən qəsəbəsində fəaliyyət göstərən dəmir zavodunda armatur və digər məhsullar istehsalı və satışı mərkəzi, 4 milyon dəyərində villa və bir neçə dəyəri yarım milyondan çox olan malikanə, Heydər Əliyev Məscidinin yaxınlığında, dəyəri 6 milyon olan 3 mərtəbəli villası, “Saba Gars” avtomobil mərkəzi və “MakroMarket” mağazalar şəbəkəsi.

 

Bundan başqa, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, həmçinin xaricdə də bir neçə dəbdəbəli daşınmaz əmlaka, eləcədə bahalı avtobobillərin, zavodların, çox sayda kiçik və böyük şirkətlərin sahibi olması iddia edilir.

 

Guninfo.az

Tarix: 9 İyun 2021, 22:08   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin