BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısı Səttar Möhbalıyevin xalası oğlunu yeni vəzifəyə təyin etdi

Sabunçu rayon icra hakimiyyətinin başçısı  Adil Vəliyev rəhbərlik etdiyi qurumda kadr dəyişikliyi edib.

 

Pravda.az-ın xəbərinə görə, A.Vəliyevin əmri ilə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əsədov Vüqar Həsən oğlu vəzifəsindən azad olunaraq, Bilgəh qəsəbəsi üzrə icra nümayəndəsi təyin olunub. Onun yerinə isə adıçəkilən vəzifəyə Səlimov Vidadi Əmirxan oğlu təyinat alıb.

 

Qeyd edək ki, V.Əsədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin xalası oğludur.

 

Manset.az

Tarix: 10 İyun 2021, 09:10   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin