BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Saqi Mustafayevdən 930 min manat aldılar

Bakıda tanışı sahibkara qarşı 1 milyon manata yaxın dələduzluq edib.

 

Pravda.az xəbər verir ki, bununla bağlı Saqi Mustafa oğlu Mustafayev polisə müraciət edərək şikayət edib.

 

O bildirib ki, bir müddət öncə Xalid adlı tanışı ondan 930 min manat alıb və qaytarmır.

 

Əldə etdiyimiz digər məlumata görə, Saqi Mustafayev bir neçə il öncə də öz obyektləri ilə bağlı məhkəməyə müraciət edib. O, “Akkord”a icarəyə verdiyi obyektin aylıq ödənişini ala bilmədiyi üçün şirkəti məhkəməyə verib, pulun ödənilməsini və tikilinin təmir etdirilərək saz vəziyyətdə geri qaytarılmasını tələb edib.

 

Qafqazinfo

Tarix: 10 İyun 2021, 11:35   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin