BURADA REKLAMINIZ OLA
BİLƏR

Kinorejissor: “O komediyalara intellektual səviyyəsi tam bərbad olan insanlar gedib baxırlar”

“Ucuz komediyalar dediyim filmlər mədəniyyət səviyyəsi tamamilə aşağı olan təbəqəyə maraqlı olur. İnkişaf eləmiş gənclərimiz, orta nəslimiz, yaşlı nəslimiz, ziyalılarımız, alimlərimiz var. Onlar axı bu cür komediyalara baxmırlar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu kinorejissor, Xalq artisti Oktay Mir-Qasım deyib.

 

O.Mir-Qasım deyib ki, məktəbi güclə bitirən, hətta intellektual səviyyəsi tam bərbad olan insanlar gedib baxırlar: “Özü də 14-15 yaşlı yeniyetmələr gedib bir dəfə bu filmlərə baxırlar, ekranda təlxəklik edən adamları görürlər və bununla böyüyən həmin adamların beyni də elə kiçik uşaq səviyyəsində qalır. Çünki onlar bu cür filmlərə öyrəşirlər. Sonra bu cür insanlardan nəsə gözləmək olarmı? İnsanlarımız yazıqdır. Çünki Azərbaycan kinematoqrafiyası çox hörmətli bir incəsənət növüdür. Əhalimizi milli və dünya kinematoqrafiyasına qaytarmaq lazımdır. Biz dünya kinematoqrafiyasını sevən xalq olmuşuq. Bunu qaytarmaq lazımdır. İndi isə heç bilmirsən dünyadakı rejissorlardan kimləri tanıyırlar. Bəlkə Kventin Tarantinonu tanıyırlar. Hə? Bilirsən kimdi o? Patoloji adamdır”.APA

Tarix: 24 Yanvar 2020, 14:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin