BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubada oğulun atasını balta ilə qətlə yetirməsinin TƏFFƏRÜATI

 Quba rayonunda oğulun atasını balta ilə qətlə yetirməsinin təfərrüatı məlum olub.


Pravda.az-ın məlumatına görə, hadisə iyunun 9-da rayonun Sofikənd kəndində qeydə alınıb.

Qətl hadisəsindən əvvəl kənd sakini, 1996-cı il təvəllüdlü Rəvan Ramazanov atası, 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanovla həyətdə atı nallayırmış. Bu zaman hər iki şəxs arasında mübahisə düşüb. Daha sonra oğul atasını anidən balta ilə vuraraq öldürüb.

Atasının öldüyünü görən R.Ramazanov Quba Rayon Polis Şöbəsinə gedərək təslim olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Report

Tarix: 10 İyun 2021, 13:16   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin