BURADA REKLAMINIZ OLA
BİLƏR

Xırdalanda qəzaya düşən məktəblilərdən XƏBƏR VAR

Təhsil Nazirliyi Abşeronda iki məktəblini maşın vurması ilə bağlı açıqlama yayıb.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı Təhsil Nazirliyinin İctimayyətlə Əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov danışıb.

 

Onun sözlərinə görə, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı məktəbə gedərəkən minik avtomobili vurub.

 

Şagirdlərin hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda isə müalicələrini “Bakı City Hospital”da davam etdirirlər.

Tarix: 24 Yanvar 2020, 14:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin