BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Jirinovski azərbaycanlını öldürən rus polisi dəstəklədi

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovsk 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polisi dəstəkləyib.

 

Pravda.az xəbər verir ki, Jirinovski hadisəni şərh edərkən insidentə reaksiya göstərən azərbaycanlı deputatları tənqid edib.

 

“Novosibirsk vilayətində polis yol hərəkət qaydasını pozan şəxsi saxlayarkən təsadüfən atəş açıb. Azərbaycan parlamentinin deputatları hansısa etiraz nümayiş etdirirlər. Sizə nə dəxli var? Əgər Azərbaycanlılar üçün burada nəsə qaydasında deyilsə, evlərinə getsinlər”,- deyə rusiyalı siyasətçi qeyd edib.

 

Xatırladaq ki, hadisə mayın 28-də baş verib. Hərəkətdə olan “Toyota” avtomobilini saxlayan yol polisi əməkdaşları maşındakı gəncləri polis bölməsinə aparmağa cəhd ediblər. Bu zaman polislərdən biri, baş leytenant Aleksandr Qusyev yoldaşını polislərin əlindən almağa çalışan 19 yaşlı Vəkil Abdullayevin başından güllə ilə vurub. V. Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

 

İyunun 4-də Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Aleksandr Qusevin həbsdən buraxılması barədə əmr imzalayıb.

 

Polisin azadlığa buraxılması Azərbaycandan olan millət vəkillərinin və ictimaiyyət nümayəndələrinin Rusiya Prezidentinə müraciət imzalamasına səbəb olmuşdu.

Tarix: 10 İyun 2021, 17:04   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin