BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Hüquq müdafiəçisi Kəramət Böyükçölü məhkəməyə verdi

Tanınmış hüquq müdafiəçisi Mehriban Zeynalova yazıçı Kəramət Böyükçölü məhkəməyə verib.

 

Pravda.az ki, bu barədə M.Zeynalova özü məlumat paylaşıb. 


O bildirib ki, buna səbəb Böyükçölün sosial şəbəkə hesabında təhqiredici yazı yazması olub.


"Dəfələrlə Nizami rayon məhkəməsi tərəfindən şəxsə  bildiriş göndərilsə də,  şəxs məhkəməyə gəlməyib, özünü xəbərsiz kimi aparıb. Nizami rayon məhkəməsi,  hüququ prosedurlara uyğun olaraq, prosesi bir necə dəfə uzadıb. Sonuncu məhkəmə günü, şəxsin hansısa tanışı məhkəməyə gələrək, qanunsuz olaraq iddia ərizsəsini sistemdən çıxarıb, lakin kim olduğu barədə imza atmayıb”, - deyə Zeynalova qeyd edib.


Onun sözlərinə görə, 11 iyun saat 16.20- də Nizami rayon məhkəməsində  hakim Ülkər Yusifovanın sədrliyi ilə sonuncu məhkəmə iclası keçiriləcək.

Tarix: 10 İyun 2021, 17:21   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin