BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəhid jurnalistlər: yavan çörək yeyə-yeyə… - VİDEO

Kəlbəcərdə şəhid olan AzTV telekanalının operatoru Sirac Abışov və Azərtac-ın müxbiri Məhərrəm İbrahimovun minaya düşməzdən bir neçə saat əvvəl çəkilmiş görüntüləri ortaya çıxıb.

Pravda.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Videogörüntü jurnalistlərin “Kəlbəcər çörəyi” deyə, yavan çörəyi iştahla yedikləri və bundan qürurla bəhs etmələri sosial şəbəkə istifadəçilərini kövrəldib. Onların işğaldan azad edilən ərazilərdə hansı zəhmətlə çalışdıqları bu videoda bir daha göz önünə gəlir.

Qeyd edək ki, iyunun 4-də xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “KamAZ” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AzTV telekanalının operatoru Sirac Abışov, Azərtac-ın müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

 


Tarix: 10 İyun 2021, 23:07   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin