Bu gün Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının (WAPC) yaranmasının ildönümünə həsr edimiş onlayn konfrans keçirilib.
Azərbaycan Mətbuat Şurasından verilən məlumata görə, toplantıda məruzə ilə çıxış edən MŞ sədri, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası sədrinin birinci müavini Əflatun Amaşov təşkilatın yaranmasında və inkişafında xidmətləri olanların daim hörmətlə yada salındığını bildirib. Onun təklifi ilə “COVID-19” infensiyasından dünyasını dəyişmiş, eləcə də xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Ə.Amaşov koronavirus pandemiyasının jurnalistika qarşısında da çətin sınaqlar açdığını, bunun həm yaradıcılıqda, həm də ayrı-ayrı media təmsilçilərinin səhhətində yaranan problemlərdə əksini tapdığını deyib. O, WAPC-ın pandemiya şəraitində jurnalistlərin hüquqlarının qorunması ilə bağı üzv ölkələrinin hokumətlərinə müraciətlər ünvanlamasını, yaşı 18-dən yuxarı olan jurnalistlərin vaksinasiyadan keçmələri ilə bağlı təkliflər verməsini mühüm fəaliyyət istiqaməti kimi vurğulayıb.
MŞ sədri bildirib ki, jurnalistlərin istər pandemiya zamanı, istərsə də müxtəlif qaynar bölgələrdə həyatlarını itirmələri onların peşə fəaliyyətlərinin riskli mahiyyətindən irəli gəlir. Ə.Amaşov bu xüsusda diqqəti Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olmuş Azərbaycanın media təmsilçilərinə - Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimova və AZTV-nin operatoru Sirac Abışova çəkib. O, WAPC-a üzv təşkilatlara hadisəyə verdikləri obyektiv qiymətə görə təşəkkürünü bildirib.
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının Kəlbəcərdə mina partlayışı nəticəsində həyatını itirmiş Azərbaycanın media təmsilçiləri ilə bağlı bəyanat yaydığını xatırladan MŞ sədri bildirib ki, bu bəyanat hadisəyə tam obyektiv qiymətin verilməsinin təzahürü idi. Ə.Amaşov bildirib ki, Ermənistan illərdir işğal altında saxladığı, beynəlxalq hüquqla Azərbaycana məxsus yerləri minalayıb: “Müharibə başa çatdıqdan sonra mina qurbanlarının sayı artır. Təəssüf ki, jurnalistlərimiz də onların sırasındadır. Bu, bir daha onu göstərir ki, minalanmış ərazilər problemi eyni zamanda jurnalistikanın fəaliyyətini də məhdudlaşdırır. Ermənistana beynəlxalq təzyiqlər olmalıdır ki, minalanmış əraizlərin xəritəsini təqdim etsin”.
Toplantıda çıxış edən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədri Şule Aker, təşkilatın sədr müavini, Keniya Mətbuat Şurasının sədri David Omvoyo, baş katibi, Nepal Mətbuat Şurasının sədri Kişor Şresta, beynəlxalq koordinator, Hindistan Mətbuat Şurasının sədri C.Nayak, qurumun məsul nümayəndəsi Tamer Atabarut, Türkiyə Mətbuat Şurasının sədri Pınar Turenç və başqaları Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı başsağlığı veriblər.
Onlar həmçinin WAPC-ın fəaliyyətindəki ayrı-ayrı məqamlara toxunaraq bildiriblər ki, təşkilatın dünyada söz və ifadə azadlığı ilə bağlı tendensiyalara daha operativ reaksiya verməsi mütləqdir. Ötən müddətdə mövcud istiqamətdə əldə edilmiş məqsədyönlü təcrübə var. Bu təcrübə media təmsilçilərinin təmsil olunduqları cəmiyyətlərin maraq və mənafelərini jurnalistikanın prinsipləri ilə uyğunlaşdıraraq fəaliyyət göstərmələrinə müstəsna dəstəkdir.
20 Aprel 08:34
20 Aprel 08:31
20 Aprel 08:29
20 Aprel 08:27
20 Aprel 01:09
19 Aprel 23:57
19 Aprel 23:54
19 Aprel 23:09
19 Aprel 22:37
19 Aprel 22:29
19 Aprel 22:19
19 Aprel 21:59
19 Aprel 21:49
19 Aprel 21:47
19 Aprel 21:44
19 Aprel 21:41
19 Aprel 21:39
19 Aprel 21:37
19 Aprel 19:52
19 Aprel 19:40
19 Aprel 19:38
19 Aprel 19:37
19 Aprel 19:35
19 Aprel 19:33
19 Aprel 19:32
19 Aprel 19:30
19 Aprel 19:17
19 Aprel 19:15
19 Aprel 19:13
19 Aprel 19:12
19 Aprel 19:08
19 Aprel 19:06
19 Aprel 18:55
19 Aprel 18:52
19 Aprel 18:39
19 Aprel 18:36
19 Aprel 18:09
19 Aprel 17:56
19 Aprel 17:52
19 Aprel 17:50
19 Aprel 17:33
19 Aprel 17:15
19 Aprel 17:02
19 Aprel 16:59
19 Aprel 16:40
19 Aprel 16:35
19 Aprel 16:30
19 Aprel 16:12
19 Aprel 16:06
19 Aprel 15:52
19 Aprel 15:46
19 Aprel 15:33
19 Aprel 15:23
19 Aprel 15:17
19 Aprel 15:12
19 Aprel 15:09
19 Aprel 14:59
19 Aprel 14:39
19 Aprel 14:25
19 Aprel 13:59
19 Aprel 13:56
19 Aprel 13:47
19 Aprel 13:45
19 Aprel 13:34
19 Aprel 13:30
19 Aprel 13:28
19 Aprel 13:11
19 Aprel 13:07
19 Aprel 13:01
19 Aprel 12:59
19 Aprel 12:56
19 Aprel 12:42
19 Aprel 12:38
19 Aprel 12:17
19 Aprel 12:15
19 Aprel 12:14
19 Aprel 12:11
19 Aprel 12:06
19 Aprel 11:43
19 Aprel 11:37
19 Aprel 11:06
19 Aprel 10:14
19 Aprel 09:56
19 Aprel 09:49
19 Aprel 09:44
19 Aprel 09:41
19 Aprel 09:39
19 Aprel 09:37
19 Aprel 09:32
19 Aprel 09:27
19 Aprel 09:20
19 Aprel 09:14
19 Aprel 09:11
19 Aprel 09:06
19 Aprel 08:59
19 Aprel 08:59
19 Aprel 08:57
19 Aprel 08:50
19 Aprel 08:26
19 Aprel 08:24
19 Aprel 08:18
19 Aprel 08:17
19 Aprel 08:14
19 Aprel 08:08
19 Aprel 08:05
19 Aprel 08:02
19 Aprel 07:30
19 Aprel 07:12
19 Aprel 06:11
19 Aprel 06:07
19 Aprel 05:57
19 Aprel 05:54
19 Aprel 05:51
19 Aprel 05:48
19 Aprel 05:47
19 Aprel 05:45
19 Aprel 01:30
19 Aprel 00:02
18 Aprel 23:58
18 Aprel 23:02
18 Aprel 21:10
18 Aprel 21:02
18 Aprel 21:01
18 Aprel 20:59
18 Aprel 20:57
18 Aprel 20:56
18 Aprel 20:54
18 Aprel 20:47
18 Aprel 19:02
18 Aprel 18:59
18 Aprel 18:39
18 Aprel 18:37
18 Aprel 18:28
18 Aprel 18:23
18 Aprel 17:58
18 Aprel 17:55
18 Aprel 17:51
18 Aprel 17:30
18 Aprel 17:23
18 Aprel 17:19
18 Aprel 17:15
18 Aprel 17:04
18 Aprel 16:46
18 Aprel 16:41
18 Aprel 16:06
18 Aprel 16:04
18 Aprel 16:00
18 Aprel 15:59
18 Aprel 15:57
18 Aprel 15:54
Ən son xəbərləri səhifəmizdən də izləyin