BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Zirəddin Rzayevdən yeni proqnoz

Azərbaycanlı ekstrasens Zirəddin Rzayev koronavirus pandemiyası ilə bağlı növbəti proqnozunu verib.

 

Pravda.az xəbər verir ki, o, Baku TV-yə açıqlamasında pandemiyanın Azərbaycan ərazisində təsirinin nə vaxt azalacağını bildirib:

 

“Əvvəl demişdim ki, yayın sonu, payızın əvvəlləri bu virus bitməlidir. Doğrudan da həmin vaxt virus azaldı. Moskvadan Azərbaycana gəlmiş həkimlər Rusiyaya geri qayıtdı. Bu virusun hələ ilyarım, iki il davam edəcəyini görürəm. Bu virus o qədər də qorxulu deyil. Zamanında tədbirlər görülsə, iyun-iyul aylarında virus Azərbaycanda minimum həddə çatacaq”.

 

O həmçinin bildirib ki, 2020-2021-ci illər Azərbaycanda təbii fəlakətlər üzrə aktiv dönəmdir.

 

Zirəddin Rzayevin sözlərinə görə, bu illərdə ölkəmizdə sürüşmələr, zəlzələr və su daşqınlarının olması gözlənilir.

Tarix: 11 İyun 2021, 16:33   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin