BURADA REKLAMINIZ OLA
BİLƏR

15 ay sonra ilk...

Xəbər verdiyimiz kimi, Azərbaycanda bu gün uzun müddət sonra ilk dəfə koronavirusa ölüm faktı qeydə alınmayıb.

Pravda.az xəbər verir ki, bu, Azərbaycanda ötən ilin martın 12-də koronavirusdan ilk ölüm faktının qeydə alınmasından bəri ən yaxşı nəticədir.

Qeyd edək ki, ölkəmizdə koronavirusun qurbanı olan ilk şəxs İranda müalicə olunduqdan sonra qayıdan Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü qadın olub.

İlk yoluxma isə ötən ilin fevralın 28-də qeydə alınıb.

Tarix: 11 İyun 2021, 20:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin