BURADA REKLAMINIZ OLA
BİLƏR

İdarə rəisinin oğluna aid avtomobil kolleksiyası - FOTOLAR

"Mənə məlum olan bu avtomobil kolleksiyası Dövlət Miqrasiya Xidməti nəzdindəki Bakı şəhər Regional Miqrasiya İdarəsinin rəisi İntiqam Behbud oğlu Məmmədovun oğlu Əhmədli Elgiz İntiqam oğlunundur. O, 10-EX-002 dövlət nişanlı bir neçə avtomobil idarə edir".

 

Pravda.az-ın xəbərinə görə, bu sözləri sosial şəbəkə hesabında tanınmış bloger Həbib Müntəzir paylaşıb.

 

H.Müntəzir, məsələ ilə bağlı digər təfərrüatları da qeyd edib:

 

"Həmçinin, 99-TZ-555 dövlət nişanlı avtomobillər də onundur. Avtomobillərin markaları bunlardır:

 

Mercedes CLS-Class, BMW X5M Black, Toyota Land Cruiser, Porsche Panamera 4S. Maraqlıdır bir dövlət xidmətinin nəzdindəki idarə rəisinin bu qədər sərvəti hardandır ki, onun övladları yüzminlik avtomobillər sürürlər?" - deyə bloger sual edir.

 

 

Tarix: 12 İyun 2021, 01:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin