BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Polad Bülbüloğlu arxiyepiskop Aleksandrın vəfatı ilə bağlı başsağlığı verdi

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı ilə əlaqədar Moskvanın və Bütün Rusiyanın Patriarxı Zati-müqəddəsləri Kirillə başsağlığı məktubu ünvanlayıb.

Pravda.az-ın məlumatına görə, məktubda deyilir:


“Zati-müqəddəsləri,

Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı məni dərindən kədərləndirdi.

Hələ Azərbaycan Respublikasının Mədəniyyət naziri olduğum vaxtlarda Arxiyepiskop Aleksandr ilə bir neçə dəfə görüşmüş, onunla siyasətdən iqtisadiyyata, sənətdən dinə qədər geniş problemlər spektrini müzakirə etmək imkanım olmuşdur. Hər dəfə də onun yüksək mənəviyyat, müdriklik, sülh yaratmaq istəyi və bacarığı kimi keyfiyyətləri məni valeh etmişdi.


Rusiya Federasiyasında səfir kimi çalışdığım illər ərzində də bu gözəl insanla dəfələrlə görüşmüşük, birlikdə ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsinə, xalqlarımızın mənəviyyatının daha da zənginləşdirilməsinə yönəlmiş çoxsaylı tədbirlər keçirmişik.


Zati-müqəddəsləri Azərbaycan Respublikası ərazisində yeparxiya həyatının dirçəldilməsində və inkişafında müstəsna rol oynamışdır. Azərbaycandakı xristian mədəniyyət abidələrinin qorunması və bərpasında çoxillik zəhməti də əvəzsizdir. O, xalqlarımız arasındakı dostluğun möhkəmlənməsinə böyük töhfə vermişdir. Dinindən və milliyyətindən asılı olmayaraq əhalinin bütün təbəqələri arasında böyük hörmət və etimad qazanıb.


Onun nəcib əməllərinin parlaq xatirəsi qəlbimizdə əbədi yaşayacaq.


Zati-müqəddəsləri, bu ağır itki ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin”.


Tarix: 12 İyun 2021, 14:07   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin