BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha üç marşrut xətti kart sisteminə keçdi

Bakıda daha üç müntəzəm marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız - vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.

 

Pravda.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin rəsmi nümayəndəsi Vüqar Məmmədzadə bildirib.

 

Onun sözlərinə görə, yaxın günlərdə 67 (Nərimanov-Biləcəri istiqaməti) və 77 (İçəri Şəhər - Yeni Yasamal istiqaməti), 26 (Keşlə-Azadlıq Prospekti istiqaməti) saylı maşrut avtobuslarında yaxın vaxtlarda kart sistemi tətbiq olunacaq.

 

O əlavə edib ki, hazırda Bakı şəhəri üzrə 30 müntəzəm marşrut avtobusları kart sisteminə keçib.Report

Tarix: 24 Yanvar 2020, 18:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin