BURADA REKLAMINIZ OLA
BİLƏR

Vladimir Petkoviç: "Uels yığması daha çox risk edirdi"

"Hesabı açsaq da, şansımızdan istifadə edə bilmədik. Rəqib daha çox riks edirdi".


Pravda.az-ın məlumatına görə, bu fikirləri İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç Bakıda Uels yığması ilə 1:1 hesablı heç-heçə etdikləri Avropa çempionatının qrup mərhələsinin oyunu barədə danışarkən deyib.


58 yaşlı mütəxəssis rəqibin çox keyfiyyətli komanda olduğunu bildirib. "Bu matçda qalib gəlmək istəyirdik. Ancaq görüş heç-heçə başa çatdı. Şanslardan istifadə edə bilmədik. Avropa çempionatında zəif rəqib yoxdur. Növbəti matçlarda daha çox xal qazanmağa çalışmalıyıq".


Petkoviç çətin qrupda düşdüklərini sözərinə əlavə edib: "İtaliyaya qarşı növbəti oyunumuzu gözləyirik. Rəqibdən qorxmamalıyıq. Bu, tamamilə fərqli qarşılaşma olacaq".


Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Tarix: 12 İyun 2021, 20:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin