BURADA REKLAMINIZ OLA
BİLƏR

Kürdə batan 2 yeniyetmənin meyiti sudan çıxarıldı

Şəmkir rayonu ərazisində Kürdə batan 2 yeniyetmənin meyiti tapılıb.

 

Pravda.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 2006-cı il təvəllüdlü Məmmədov Fərid Ayaz oğlunun və 2005-ci il təvəllüdlü Yusif Araz oğlu Məmmədovun meyiti sudan çıxarılaraq adiyatı üzrə təhvil verilib.

 

Araşdırma aparılır.

 

Qeyd edək ki, dünən FHN-in "112" qaynar telefon xəttinə Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Tarix: 14 İyun 2021, 12:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin