BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident şəhid jurnalistlərlə bağlı sərəncam imzaladı

Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində vəzifə borcunu yerinə yetirərkən şəhid olan jurnalistlər 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

 

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən həlak olmuş aşağıdakı şəxslər 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin:

 

Abışov Sirac Abış oğlu,

 

Əliyev Arif Ağalar oğlu,

 

İbrahimov Məhərrəm Əli oğlu”.

Tarix: 14 İyun 2021, 14:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin