BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda təcili tibbi yardım avtomobili qəzaya düşdü, tibb işçiləri xəsarət aldı - FOTO

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Pravda.az xəbər verir ki, hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb.

 

9 saylı Təcili Yardım Stansiyasının təcili təxirəsalınmaz tibbi yardım xidmətinin avtomobili çağırışdan geri dönərkən  “Hyundai” markalı avtomobillə toqquşub.

 

Qəza nəticəsində tibb bacısı, sürücü və feldşer xəsarət alıb. Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.Pravda.az

 

 

Fotoları təqdim edirik
Tarix: 24 Yanvar 2020, 22:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin