BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəhriyar Məmmədyarov qalib oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic" turnirinin qalibi olub.

 

Pravda.az-ın məlumatına görə, 36 yaşlı qrossmeyster son turda fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib. Xallarının sayını 6-a çatdıran Məmmədyarov bütün rəqibləri üçün əlçatmaz olub.

 

Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyanla "sülh"ə razılaşıb. Nəticədə Rəcəbov turniri 4,5 xalla başa vurub.

Tarix: 14 İyun 2021, 16:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin