BURADA REKLAMINIZ OLA
BİLƏR

AMEA-nın vəzifəli şəxsi barədə cinayət işi başlandı

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşının barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.


Pravda.az xəbər verir ki, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, fəlsəfə doktoru Ədalət Ətayi xüsusi ittiham qaydasında böhtan atmaqda təqsirləndirilir. Fəlsəfə doktoru barəsində Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə ittiham olunur.

Cinayət işi üzrə ibtidai istintaq başa çatıb və iş baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Etibar Hümbətovun icratına verilib. Yaxın vaxtlarda məhkəmənin hazırlıq iclası keçiriləcək.

 

Trend



Tarix: 14 İyun 2021, 18:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin