BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Beynəlxalq Bank İbrahim Nehrəmlini məhkəməyə verdi? - Taladığı 100 milyonları qaytaracaqmı?

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı,  Hacı İbrahim kimi tanınan iş adamı İbrahim Nehrəmliyə məxsus “Avesta Konserni” MMC məhkəməyə verilib.

Pravda.az xəbər verir ki, iddiaçı Azərbaycan Beynəlxalq Bankıdır. Məhkəmə çəkişməsinin səbəbi kredit üzrə mübahisələrdir. İddia artıq icraata götürülüb. İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.

İbrahim Nehrəmlinin sahibi olduğu “Avesta Konserni” MMC tikinti şirkətidir. Şirkət  fırıldaq “Xəzər adaları” layihəsinin sayəsində populyarlıq qazanmışdı. Bu layihənin müəllifi də İbrahim Nehrəmli idi. İbrahim Nehrəmli bu fırıldaq layihəni media vasitəsilə reklam edərək, həmən dövlətdən 100 milyonlarla manat kredit götürərək mənimsəyib, həm də xeyli sayda insanı aldadıb. 2015-ci ildə ABB-dəki “kredit qalmaqalı”ndan sonra onun əmələri ortaya çıxmışdı.

Həmin vaxt məlum olmuşdu ki, Hacı İbrahim Nehrəmli fırıldaq “Xəzər adaları” layihəsi üçün bankdan 850 milyon manat kredit götürüb. Odövrkü məzənnə ilə bu, 1 milyard dollardan artıq edirdi. 

Lakin fırıldaq layihələrlə tanınan “iş adamı” borcunun 450 milyon manat olduğunu iddia edib.Ancaq bunu belə geri ödəməyib.O, krediti ödəmədiyinə görə 2015-ci il mayın 13-də Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanmışdı.

İbrahim Nehrəmli bank qarşısındakı öhdəliklərini yerinə yetirməyi vəd edəndən sonra mayın 27-də sərbəst buraxılmışdı. Ancaq bu vədini də digərləri kimi yerinə yetirməyib. Dövlətdən alıb mənimsədiyi 100 milyonların əvəzinə banka  Xəzərin sahilində tikdirdiyi bir-iki yarımşıq binanı təklif edib. Hətta utanmadan dövlətin ona borclu qaldığını iddia edib.

Maraqlıdır, banklara 2-3 min manat borcu olanlar həbs edildiyi halda, fırıldaq latihələrlə dövlətin 100 milyonlarını ələ keçirən biri niyə azadlqda gəzir? 

Vətən Müharibəsində ortada görünməyən oğlanları niyə dövlətdən taladığı  milyonlarla Londonda kef içində yaşamalıdırlar? 

Ümid edirik ki, məhkəmədə İbrahim Nehrəmliyə bu suallar da ünvanlanacaq.

AzPolitika.info

Tarix: 14 İyun 2021, 23:46   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin