BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ağılınızı başınıza yığın" - Mübariz Mənsimovdan XƏBƏRDARLIQ

"Azərbaycanın neftini və qazını satıb atanızın malı kimi yediniz. Xaricdəki mollalara qədər yedizdirdiniz. Sıravi əməkdaşlarınız belə Türkiyədə eyş-işrət məclisləri qururlar".
 

Pravda.az-ın xəbərinə görə, bunu "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov deyib.


"Ağlınızı başınıza yığın. Türkiyəni qarışdırmaq haqqında düşünməyin, çünki əməllərinizin altından çıxa bilməzsiniz. Türkiyəni hesab etdiyiniz kimi, yönləndirə bilməzsiniz. Ağıllı olun, bura demokratik ölkədir. Burada hüquqi dövlət var. Siz insanların qanını içən, öldürdüyü insanların cibindən pul çıxaran keçmiş dövlət məmurunun ortağısınız, onların da sizin kimi dövrü bitdi" - M.Mənsimov qeyd edib.

Tarix: 25 Yanvar 2020, 00:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin