BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Birinci turun son oyunları keçiriləcək

AVRO-2020-də qrup mərhələsinin I turu başa çatır.

 

Bu gün sonuncu – F qrupunda mübarizəyə start veriləcək.

 

Bununla “ölüm qrupu”nda ilk görüşlər keçiriləcək. Əvvəlcə son Avropa çempionu Portuqaliya meydana çıxacaq. Kriştiano Ronaldonun başçılıq etdiyi komanda Budapeştdə qrupun autsayderi sayılan Macarıstanın qonağı olacaq.

 

Birinci tura Münhendə yekun vurulacaq. Turun mərkəzi qarşılaşmasında son dünya çempionu Fransa böyük yarışların hər zaman iddialılarından olan Almaniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Rəqibini sonuncu dəfə 2014-cü ildə məğlub etməyi bacaran almanlar yenilənmiş heyətlə turnirin bir nömrəli favoriti önündə 7 illik həsrətə son qoymağa çalışacaq.

 

AVRO-2020

I tur, 15 iyun

F qrupu

20:00. Macarıstan - Portuqaliya

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Budapeşt. “Puşkaş Arena”

23:00. Fransa – Almaniya

Baş hakim: Karlos del Serro Qrande (İspaniya)

Münhen. “Allyans Arena”

Tarix: 15 İyun 2021, 02:07   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin