BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadının şəkillərini paylaşdı: “Gəlinəm, 50 AZN-ə...”

Azərbaycanda biabırçı hadisə baş verib.

 

Yalçın Paşayev adlı şəxs keçmiş həyat yoldaşının şəkillərini sosial şəbəkədə əxlaqsız qadın kimi təqdim edib. Xəzər TV-yə müraciət edən qadın bildirib ki, əmisi oğlu Yalçınla 2009-cu ildə ailə qursa da evlilikləri cəmi 8 ay çəkib. Əkiz oğul övladları var. Boşandıqdan sonra bir dəfə də olsun aliment ala bilməyib.

 

"Qardaşım mənə zəng elədi ki, "Odnaklassnik" i aç bax sənin yoldaşın səni rüsvay edib. Girib baxıram ki, uşağımla çəkdirdiyim şəkilləri ayırıb tək şəkillərimi paylaşıb. Mənim adımdan "Salam gəlinəm, boşanmışam. 50 azn-ə görüşürəm. İstəyən yaza bilər" - deyə yazıb.

 

Nömrələrimin hamısını bloka atıb, əlaqə saxlaya bilmirəm. Heç əmisi qızı deyiləm axı yoldaşı olmuşam. Övladlarım idmana gedə bilmir utandıqlarından. Mən ondan aliment istəyirəm o da məni şantaj edir bu yolla". - zərərçəkmiş qadın bildirib.

Tarix: 15 İyun 2021, 12:54   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin