BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur iş adamı Range-Roverlə 4 nəfəri vurub öldürən kürəkəni haqda danışdı

Xəbər verdiyimiz kimi Novxanı-Sumqayıt yolunda “Qurtuluş 93” yaşayış kompleksinin sahibi, Məhərrəm Novruzovun kürəkəni Elşad Kərbalayevin Range-Rover markalı maşınla ağır qəza törətməsi nəticəsində dörd nəfər vəfat edib, özü isə həbs olunub.

Baş verən dəhşətli qəza ilə bağlı açıqlama verən məşhur iş adamı, Elşad Kərbalayevin qayınatası Məhərrəm Novruzov hadisə haqda və kürkəni Elşad Kərbalayevlə bağlı suallarımızı cavablandırıb:

Məhərrəm müəllim məlum qəza ilə bağlı nə deyə bilərsiz?

-Hələki heç nə bilmirik. Heç maşını kim sürüb, necə sürüb, onu da bilmirik. Allahın işidi, qəzadı da olub..

Daxili İşlər Nazirliyi kürəkəninizin həbsi ilə bağlı məlumat yayıb. İstintaqın gedişindən gözləntiniz nədir?

-Qanun hamı üçündür..Təbi ki, qanun qarşısında hamı cavab verməlidi.

Kürəkəninizin içkili maşın sürüb?

-O ümumiyyətlə içən adam deyil. Bunu bütün dostları, iş kollektivi, ərafındakı adamlar bilir. Maşını da özü idarə etmirdi. Nə cür baş verib, başa düşə bilmirəm. Allahın işidi, qəzadı da olub. Gərək olmayaydı, olub. Heç kəs belə hadisələrdən siğortalanmayıb.

Qəzadan sonra Elşad Kərbalayev qaçıb?

-Heç hara da qaçmayıb. Elə söhbətlər yalandır. Təcili yardım da çağırıblar. Elə evləri də ordadı. Çıxıb evlərinə getmək istəyirmiş, qıssa məsafədə belə olub.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi nəticəsində M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.



Manşet.az

Tarix: 15 İyun 2021, 15:27   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin