BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan: "Millətimizin yanındayıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş vermiş zəlzələ ilə bağlı fikirlərini bildirib.

 

Pravda.az-ın xəbərinə görə, Ərdoğan qeyd edib ki, Elazığda, eləcə də bir sıra bölgələrdə baş verən zəlzələ ilə bağlı müvafiq dövlət orqanları səfərbər edilib.

 

O, prezident olaraq, zəlzələ ilə bağlı bütün hadisələri yaxından izlədiyini deyib: “Biz bütün dövlət qurumları, xüsusən də Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsi və Qızıl Aypara təşkilatı ilə millətimizin yanındayıq. Zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm”.APA

Tarix: 25 Yanvar 2020, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin