BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Mənə taxta, “şüşə” qoyan dediniz, amma..." - Səmra

"Miss Azərbaycan-2019" titulunun sahibi model Səmra Hüseynova paylaşımı ilə diqqət çəkib.

 

Pravda.az xəbər verir ki, sosial şəbəkə hesabında bu haqda yazan model onu ittiham edənlərə sərt cavab verib: “Sizlər mənə trans dediniz səsimə görə, amma mən iki dəfə onkoloji səs əməliyyatı ilə şiş götürmüşəm, sizlər mənə narkoman dediniz, ən ağır dərmanları neyropotik ağrılardan epilepsiyadan qəbul edirdim. DTX-da qeydiyyatdayam. Sizlər mənə taxta, “şüşə” qoyan dediniz, amma mən iki ildir gizlətməyə çalışsam da ikinci dərəcəli nevroz anoreksiyadan əziyyət çəkirəm. Sənətimə görə qurban verdim, o qədər pəhrizlər, travmalar... Artıq ürəyim sallanıb mədəmə. Sizlər bəlkə məni təkləməyib dəstək olsaydınız, mən bunların heç birini ağır yaşamazdım. Gülün, həyat bumeranqdır, sizin də başınıza gəlməsə, övladınızın başına gələcək. Sizlər mənə “namussuz” deyirsiniz, amma namusu olan fərd bir qadına başını qaldırıb söz deməz”.

 

Qeyd edək ki, Səmra Hüseynova Azərbaycan modelləri arasında ən ekstravaqantlardan sayılır. O, istənilən eksperimentə hazırdır. Dəb nümayişlərində iştirak edir, tanınmış brendlərin reklam çarxlarında çəkilir. Model tez-tez açıq-saçıq fotolayihələrdə iştirak edir və onları sosial şəbəkədə paylaşmaqla böyük rezonans yaradır.

Tarix: 15 İyun 2021, 16:57   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin