BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan: “Türkiyə Qarabağın yenidən qurulması prosesində Azərbaycana hər cür dəstək verir”

“Bu gün fərqli duyğunun, həyəcanın içərisindəyik. Allaha şükür, bu gün daha öncə verdiyimiz sözləri yerinə yetirmiş oluruq. Azərbaycan xalqının Qarabağ Zəfərini bir daha təbrik edirəm”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında deyib.

 

Türkiyə dövlət başçısı bildirib ki, 44 günlük savaşın ardından Qarabağ öz sahiblərinə qayıdıb, erməni işğalından, erməni zülmündən qurtulub.

 

“Hazırda arxadakı fonda görülən bina əslində erməni zülmünün bu şah əsərləri hansı hala gətirdiyinin bir ifadəsidir”, - deyə Türkiyə Prezidenti qeyd edib.

 

Onun sözlərinə görə, tarixdə bir çox sənətkarlar yetişdirmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan bölgəyə və dünyaya verilən mesajlar çox önəmlidir: “Qardaşım İlham Əliyevin Ali Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağı yenidən ayağa qaldıracaq fəaliyyətləri yaxından izləyirik. Şuşaya gələrkən aparılan işləri gördük, gördünüz. İnfrastrukturla bağlı gərgin iş gedir. Bir tərəfdən yollar salınır, bir tərəfdən elektrik stansiyaları açılır, bir tərəfdən yüksək gərginlikli xətlər çəkilir. Bütün bunlarla bərabər susuz olan bu bölgələr suya qovuşur. Bütün bu işlər hazırda sürətlə davam edir və İnşallah, bölgə qısa vaxtda hava limanlarına da qovuşacaq. İkitərəfli görüşdə də dəyərli qardaşım bunları mənə anlatdı. Hava limanlarına da qovuşduqdan sonra buralara gəliş-gedişlər daha da artacaq. İnanıram ki, bölgə turizmdə də ciddi sıçrayışa nail olacaq. Qarabağ təkrar keçmiş şöhrətinə qovuşacaq, buna heç bir şübhəm yoxdur. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Xocavənd kimi Qarabağın qədim yaşayış məskənlərinin təkrar inkişaf etdiyi günləri yaxında birlikdə görəcəyik”.

 

Ərdoğan qeyd edib ki, Türkiyə Qarabağın yenidən qurulması prosesində Azərbaycana hər cür dəstək verir və verməyə davam edəcək.

Tarix: 15 İyun 2021, 17:49   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin