BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə Prezidenti: “Verdiyimiz sözü, çox şükür, yerinə yetirdik”

Qırx dörd günlük müharibə nəticəsində Qarabağ, çox şükür, sahiblərinə qayıtdı və erməni zülmündən, erməni işğalından azad edildi.

 

Pravda.az-ın xəbərinə görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söyləyib.

 

15 iyun – Milli Qurtuluş Günü münasibətilə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anan Türkiyə Prezidenti deyib: “Qəhrəman Azərbaycan Ordusunun Qarabağ zəfərinin sevincini qardaşım cənab Əliyevlə birlikdə keçən il dekabrın 10-da Bakıda birlikdə bölüşmüşdük. O gün tamamilə başqa bir coşqu, həyəcan var idi. Altı ay sonra qədim Şuşada onunla bir yerdə olmaqdan böyük məmnunluq duyuram. Verdiyimiz sözü çox şükür yerinə yetirdik”.

Tarix: 15 İyun 2021, 17:52   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin