BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sərnişin avtobusu körpüdən aşdı

Bakıda ağır yol qəzası baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə rayonun Maştağa qəsəbəsi ərazisində baş verib.

 

Maştağa qəsəbəsi ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu “Mitsubishi-Pajero” və “VAZ 2107” markalı avtomobillərlə toqquşub.

 

Hadisə nəticəsində sərnişin avtobusu və “Mitsubishi-Pajero” körpüdən aşıb. Hadisə nəticəsində altı nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.Trend

Tarix: 25 Yanvar 2020, 09:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin