BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir və belə hadisələr yüz illər boyunca yalnız bir dəfə baş verir” – ŞƏRH

"Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun sammitindən birbaşa Azərbaycana gəlməsi böyük tarixi hadisədir, həm də bu, dosta-düşmənə mesajdır. Bu gün Şuşa Bəyannaməsinin imzalanması ilə biz böyük tarixi hadisənin şahidi olduq".

 

Bunu Pravda az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli bu gün  Azərbaycan və Türkiyə liderlərinin birgə qəbul etdiyi Şuşa Bəyannaməsi barədə danışarkən deyib.

 

 

Deputat bildirib ki, Şuşada imzalanan bəyannamənin ən mühüm amili isə hərbi müttəfiqlikdir: “Prezident çıxışı zamanı qeyd etdi ki, Qars müqaviləsinin artıq 100 illiyi tamam olur.  Bu müqaviləyə əsasən, Türkiyə Naxçıvanın müdafiəçisi kimi çıxış edirdi. Yeni Bəyannamə də Qarabağın müdafiəsində Türkiyənin mühüm rol oynamasını təmin edəcək. Əlbəttə ki, Bəyannamə çap olunacaq və dünya siyasətçiləri, araşdırmaçıları tərəfindən araşdırılacaq. Aydındır ki, burada əsas söhbət Azərbaycan və Türkiyənin hərbi müttəfiqliyindən gedir və iki dövlətdən birinin ərazi bütövlüyünə təhlükə yaranarsa, digər dövlət ona hərbi yardım göstərəcək. Həmçinin Şuşada Baş konsulluğun açılması qərarı da Türkiyənin Qarabağa verdiyi böyük dəyər və əhəmiyyətdir. Hesab edirəm ki, Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir və belə hadisələr yüz illər boyunca yalnız bir dəfə baş verir. Üstəlik, Zəngəzur dəhlizinin açılması məsələsi də müqavilədə öz əksini tapıb ki, bu da bizim üçün çox əhəmiyyətlidir. 3+3” əməkdaşlıq platforması isə bölgədə yeni situasiya yaradacaq. Eyni zamanda, qeyd olunan ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması məsələsi də olduqca ciddi hədəflərdəndir. Bu, 10 milyonluq Azərbaycan üçün böyük rəqəmdir".

 

Nəzrin Cavid

Tarix: 15 İyun 2021, 19:40   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin