BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ərdoğanın Şuşada İlham Əliyevlə imzaladığı tarixi sənəd erməniləri yaman qorxudub”

“Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Qarabağa və Şuşaya səfəri və burada İlham Əliyevlə imzaladığı tarixi sənəd erməniləri yaman qorxudub”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

E.Şahinoğlu bildirib ki, Ermənistanın olmayan Xarici İşlər Nazirliyi Qarabağdakı separatçılarla birgə açıqlamalar yayınlayıblar: “Həmin açıqlamalarda ağıllarına gələn məntiqsizlikləri yazıblar, təkrarlamağa ehtiyac yoxdur, sadəcə, Rusiyaya çağırışları diqqətimi çəkdi. Bəyanatlarındakı həmin cümlənin məğzi beləydi ki, “Ermənilər Türkiyənin Qarabağ gəlişini əngəlləyə bilməyəcəklər, Türkiyəni yeganə Rusiya saxlaya bilər, kömək edin...”. Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə görüşmək üçün Cenevrəyə yola düşüb. Kreml sahibi bu saat Baydenlə görüşün detalları üzərində fikirləşir. Putin Ərdoğanla münasibətləri korlamaq istəməz. Digər tərəfdən Türkiyə artıq Azərbaycan və Qarabağda möhkəmlənib və Rusiya müttəfiqimizi bölgədən çıxarmaq iqtidarında deyil”.

Tarix: 15 İyun 2021, 20:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin