BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha bir nəfər spirtli içkidən zəhərlənərək öldü

Bakıda 40 yaşlı kişi spirtli içkidən zəhərlənib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə yanvarın 24-i saat 19 radələrində, paytaxtın Xətai rayonu Q.Nəbi küçəsi ərazisində qeydə alınıb.

 

Belə ki, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Şahmalı Əzimov "Beer Point" kafesində 1 litr "Tradisii Belarusii" markalı araq içərək zəhərlənib. O, spirtli içki diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Ş.Əzimovun vəziyyəti ağırdır. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində araşdırma aparılır.Report

Tarix: 25 Yanvar 2020, 10:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin