BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İmişlidə lombard sahibi vətəndaşların qızıllarını götürüb aradan çıxıb - VİDEO

İmişli və rayonun Çaxırlı kəndinin bəzi sakinləri lombard işlədən şəxsdən şikayətçidirlər. Onlar faizə götürdükləri pulu ödəyib qurtarsalar da, lombarda qoyduqları qızıllarını geri ala bilmədiklərini deyirlər.

 

Pravda.az-ın məlumatına görə, sakinlər iddia edirlər ki, rayon mərkəzindəki lombard işlədən kreditor Yaqub Əliyev onlara külli-miqdarda ziyan vurub. Bu şəxslərin hər biri müxtəlif vaxtlarda həmin lombarda qızıllarını girov qoyaraq pul götürüblər. Onlar götürdükləri pulu tam ödəyiblər, amma qızıl-zinət əşyalarını geri ala bilmirlər. 

 

Minlərlə manat dəyərindəki qızıllarından olan zərərçəkən şəxslər aidiyyəti qurumlardan onlara kömək göstərilməsini istəyirlər.

 

Çəkiliş zamanı sakinlərin qızıllarını təhvil verdikləri ofisə getdik. Məlum oldu ki, həmin lombard 1 ildən çoxdur fəaliyyət göstərmir. Yerində bərbərxana və çay evi açılıb.

 

Kreditor Yaqub Əliyev ilə əlaqə saxlamağa çalışsaq da, telefon işlətmədiyi məlum oldu.

 

Hüquqşunaslar bildirirlər ki, belə halda zərərçəkmişlər məsələ ilə bağlı məhkəməyə müraciət etməlidirlər.

 

Tarix: 16 İyun 2021, 09:06   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin