BURADA REKLAMINIZ OLA
BİLƏR

Olimpiya çempionu iki il müddətinə yarışlardan kənarlaşdırıldı

Braziliyalı cüdoçu Rafaela Silva iki il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası qərar çıxarıb. 28 yaşlı idmançıdan 2019-cu ildə Perunun paytaxtı Limada keçirilmiş Panamerikan Oyunları zamanı dopinq testi götürülüb. 57 kq çəki dərəcəsində mübarizə aparan cüdoçunun orqanizmində fenoterol maddasi aşkarlanıb.

 

Bu onu 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında çıxış etmək imkanından məhrum edə bilər. Silva İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək niyyətindədir.

 

Qeyd edək ki, Rafaela Silva 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibidir.

Tarix: 25 Yanvar 2020, 10:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin